Martın 4-də Masallıda «Yerli İdarəetməyə Yardım» İctimai Birliyinin Avropa İttifaqı tərəfindən maliyyələşən «Kənd turizminə dəstək» layihəsi çərçivəsində görüş keçiriləcək.
İctimai Birlikdən verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, Təhsil nazirlikləri, Avropa İttifaqı, Masallı Rayon İcra Hakimiyyəti, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri, bələdiyyə, QHT və media nümayəndələrinin iştirakı nəzərdə tutulur. Görüşün təşkilində məqsəd Masallı rayonunun turizm prioritetlərini müzakirə etmək üçün maraqlı tərəfləri bir araya toplamaq, bələdiyyələrdə turizmin inkişafı üçün müsbət təcrübələri paylaşmaqdır. Eyni zamanda görüş zamanı turizm şirkətləri və digər sahibkarlar konkret bələdiyyə ərazisində biznes əlaqələrini bölüşmək və birgə əməkdaşlıq etmək imkanı əldə edəcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar