Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu 2015-ci il üçün nəzərdə tutulan təlimlər planını təqdim edib.
Plana əsasən, quruma üzv olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan təlimlər 9 müxtəlif sahəni əhatə edəcək. Təlimlərin əsas özəlliyi görüşlər sənayesinə beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunması və üzvlərin hədəf bazarlar haqqında daha da məlumatlandırılmasıdır.
Büronun bu il üçün ilk təlimləri martın 12-də keçiriləcək. Assosiasiya Görüşlərinin uğurlu təşkili üçün mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında olan əməkdaşlığın təkmilləşdirilməsi üzrə təlimi Avropa ölkələrinin birindən xüsusi dəvət edilmiş ekspert aparacaq.
Məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə təlim isə aprelin 7-də digər xarici ekspertlərin iştirakı ilə təşkil olunacaq. Bu növ təlimlər şirkət üzvlərinin peşəkarlığını və biliyini artırmaq üçün çox faydalıdır.
Azərbaycan Konqreslər Bürosu həmçinin Yaxın Şərq regionu, Rusiya, Almaniya kimi ölkələrin bazar anlayışları üzrə də təlimlər təşkil etməyi planlaşdırır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar