Aprelin 1-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Avropa səyahət bazarı ("Baku Travel Bazaar Europe") təşkil ediləcək. Tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir. İştirakçılar Avropanın və digər qitələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləri, media nümayəndələridir.
Tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcək. "Baku Travel Bazaar" adlı tədbirin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub və "Baku Travel Bazaar Wellness", "Baku Travel Bazaar Exotic", "Baku Travel Bazaar Adventures" kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar