Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) tədbirində iştirak edib.
ICCA-nın ölkəmizin ilk dəfə təmsil olunduğu “Aralıq Dənizi Bölümü üzrə Görüş”ü (Mediterranean Chapter Summit) 19-21 fevral tarixində Maltada keçirilib. Tədbirə Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqstşmidt qatılıb.
Görüşdə ICCA Aralıq Dənizi Bölümünə daxil olan türk şirkətləri də iştirak edib ki, bu da iki qardaş ölkə arasında sıx əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verir.
Aralıq Dənizi Bölümü ICCA-nın üzvlərinin eyni coğrafi ərazidə birgə işləməsi üçün şəraitin yaradılması məqsədilə qurulan bölümlərindən biridir. Buraya Aralıq dənizi regionu üzrə qeydiyyatdan keçən təşkilatlar aiddir. Azərbaycan bu bölümə bu yaxınlarda üzv olub. Bölümün qarşısında duran əsas vəzifə üzvlər arasında daha yaxşı əlaqə və biznes mübadiləsi mühiti yaratmaq və eyni zamanda regionun görüş və konfranslara ev sahibliyi etmə potensialını gücləndirmək və onun üzvlərinin biliklərini artırmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar