Fevralın 20-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Turizm və Menecment Universiteti və «Art Monarx» MMC-nin birgə təşkilatçılığı ilə reallaşıb.
ATMU-nun mətbuat xidmətindən verilən məlumata görə, sərgidə müxtəlif yaş qruplarından olan 80-ə yaxın rəssamın əl işləri nümayiş olunub. Tədbirin sonunda iştiraka görə rəssamlara sertifikatlar verilib. Sərgidə fərqlənən üç rəssam isə «Atlas Travel» tərəfindən daxili turpaketlə mükafatlandırılıb.
Fəxriyyə Abdullayeva