“Gənclər Turizmi” İctimai Birliyi “Gənclər üçün turizm məktəbi” layihəsinə başlayıb. Layihə fevralın 27-dən martın 1-dək həyata keçiriləcək.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq layihənin məqsədi gənclər arasında turizmə maraq yaratmaqdır. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən, təhsil alan və çalışan gənclər arasında şəbəkələşməni gücləndirmək və onların elektron turizm sahəsinə maraqlarını artırmaq və turizmin davamlı inkişafına cəlb etməkdən ibarətdir.
Turizm məktəbində gənclərin və bu sahədə fəaliyyət göstərən turizm mütəxəssislərinin iştirakı ilə Azərbaycanın turizm sektoru innovativ nöqteyi-nəzərdən incələnəcək, bu sahədə elektron ticarətin inkişaf perspektivləri müzakirə olunacaq. Layihə çərçivəsində ölkənin qabaqcıl turizm şirkətlərinin mütəxəssisləri və professional təlimçilər tərəfindən treninqlər aparılacaq.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar