Ötən il Şamaxı rayonu üçün turizmin inkişafı baxımından uğurlu olub. Prezident İlham Əliyevin iştirakı ilə rayonun Şərədil kəndində müasir standartlara cavab verən beşulduzlu “Şamaxı Palace Platinum by Rixos” hotelinin açılışı ilin ən yaddaqalan hadisələrindəndir.
Bu fikirlər fevralın 20-də Şamaxı rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağında səslənib. Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində qeyd olunub ki, son illər rayona gələn turistlərin sayı artmaqdadır. Rayonda turizmin inkişafı istiqamətində görülən işlər çərçivəsində Sağyan kəndində “Sakit göl” istirahət mərkəzi açılıb, Pirqulu zonasında yeni turizm obyekti tikilir. Təkcə ötən il rayona 85 mindən artıq turist gəlib ki, onun da təxminən 14 min 400-dən çoxu xarici ölkə vətəndaşlarıdır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar