Rusiyanın "Rossiə-1" televiziya kanalının tanınmış aparıcısı Anastasiya Çernobrovina "Moə planeta" telekanalında yayımlanan "Odna na planete" silsilə verilişləri çərçivəsində Azərbaycanın turizm imkanlarını əks etdirən proqram hazırlayıb.
Proqramda aparıcı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Qobustan” Milli Tarixi-Bədii Qoruğu, Şəki rayonunun Kiş kəndində yerləşən alban məbədi və Şəki xan sarayı, habelə ölkəmizdəki palçıq vulkanları, Naftalan müalicəvi istirahət mərkəzi və Qafqaz dağlarına səfərləri haqqında təəssüratlarını bölüşüb.