Fevralın 26-da Türkiyənin İstanbul şəhərində «ACE of MICE 2015» sərgisi işə başlayıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu iştirak edəcək.
Beynəlxalq işgüzar turizm bazarında önəmli yer tutan «ACE of MICE» sərgisində iştirakın əsas məqsədi Azərbaycanın biznes turizminin təbliğ olunmasının zəruriliyini və Azərbaycanın biznes turizm bazarı üçün Türkiyənin mühüm mənbə olmasını təmin etməkdir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyini Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqsşmidtin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. “ACE of MICE 2015» sərgisi fevralın 28-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar