Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin yanvar-fevral aylarında aşağıda göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: "İşık Turizm" MMC, "VİK-5" MMC, "Coda" MMC, “Airtrips.az" MMC, "Klassik Voyaj" MMC, "TravelTimeAgency" MMC, "İqbal-Travel" MMC, "HolidaysTour" MMC, "Amil-Travel" MMC, "AeroTour" MMC, "HayatTravel" MMC, "Unitrevel" MMC.
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 277-yə çatıb.
Nazirlik tərəfindən yanvar-fevral ayları ərzində bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə də fəaliyyətə dair xüsusi lisenziya verilib: "Baku Palace" mehmanxanası, "Azəryol" mehmanxanası (Bakı şəhəri), "Shahdag Hotel &Spa" mehmanxanası, “Zirvə Hotel", "Pik Palace" mehmanxanası, "Park Chalet" (Qusar rayonu), "Qorqud Hotel" (Bakı), "Eldorado" mehmanxanası (Gədəbəy rayonu), "Şəki Park" mehmanxanası (Şəki şəhəri), "Ambassador" mehmanxanası, "Boulvard Side" mehmanxanası (Bakı şəhəri), “Çinar” mehmanxanası (Göyçay şəhəri), "Zaqatala Olimpiya Kompleksi" mehmanxanası (Zaqatala rayonu), "Sunrise" mehmanxanası (Bakı), "Karvansaray" mehmanxanası (Gəncə), "Qubek" mehmanxanası (Balakən şəhəri).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar