Türkiyə Turizm Səyahəti Agentlikləri Birliyi (TURSAB) mətbəx turizmi ilə bağlı hesabat hazırlayıb. Hesabatda bildirilir ki, 2014-cü ildə Türkiyəyə gələn 41 milyon 415 min turist ümumilikdə 34,3 milyard dollar xərcləyib ki, bunun da 6,5 milyard dolları turistlər tərəfindən yeməyə sərf olunub. Başqa sözlə, hər turistin orta hesabla 828 dollar ümumi xərcinin 157 dolları (19 faiz) yemək-içməyə gedib.
Türkiyə turizmçiləri getdikcə daha çox gəlir gətirməyə başlayan mətbəx turizmini daha da inkişaf etdirmək məqsədilə yollar arayırlar. Bu məqsədlə qarşıya qoyulan ilk hədəf başda Yaponiya olmaqla, Uzaq Şərqdən gələn turistləri Qaziantep, Şanlıurfa, Adana, Hatay və Mardin kimi bölgələrin mətbəxi ilə yaxından tanış etməkdir. Perspektiv məqsəd isə hər turistin yeməyə xərclədiyi 157 dolları 250 dollara çatdırmaqdır.
TURSAB mütəxəssislərinin hesablamalarına görə, xarici ölkələrə səfər edən türkiyəlilər yeməyə 194 dollar sərf edir. 2014-cü ildə Türkiyədən xaricə 8 milyona yaxın insan səfər edib ki, onların toplam 5,5 milyard dollar xərcinin 1,5 milyardı yeməyə sərf olunub. Ekspertlər bunu onunla izah edirlər ki, Türkiyədə əksər hotellər «Hər şey daxil» prinisipi ilə işləyirlər, Avropada isə bu prinsip az tətbiq olunur.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar