Şə­ki­də res­pub­li­ka bə­dii qi­raət mü­sa­bi­qə­si ke­çi­ri­lə­cək
   
   Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə may ayı­nın 14-dən 16-dək Şə­ki şə­hə­rin­də Mir­zə Fə­tə­li Axund­za­də­nin ana­dan ol­ma­sı­nın 200 il­li­yi­nə həsr olun­muş «De­yi­lən söz ya­di­gar­dır» VI Res­pub­li­ka Bə­dii Qi­raət Mü­sa­bi­qə­si ke­çi­ri­lə­cək. Mü­sa­bi­qə­nin ke­çi­ril­mə­sin­də məq­səd Azər­bay­ca­nın söz xə­zi­nə­si­nin na­dir in­ci­lə­rin­dən olan şe­ir, mən­sur şe­ir, nəsr ya­ra­dı­cı­lı­ğı­nın ge­niş təb­li­ği, bə­dii qi­raət ifa­çı­la­rı­nın ye­ni və gənc nəs­li­n üzə çı­xa­rıl­ma­sı, mə­də­niy­yət ocaq­la­rın­da bu işin da­ha da can­lan­dı­rıl­ma­sı, ay­dın tə­ləf­fü­zü olan, sə­lis da­nı­şıq tər­zi­nə ma­lik gənc­lə­rin aş­kar­lan­ma­sı və ye­tiş­di­ril­mə­si­dir.
   Qeyd edək ki, se­çim tu­run­da iş­ti­rak edə­cək ifa­çı­lar ar­tıq müəy­yən­lə­şib. Ümu­mi­lik­də mü­sa­bi­qə­də 18 ya­şın­dan 30 ya­şı­na­dək şəxs­lər, ha­be­lə döv­lət teatr­la­rın­da ça­lı­şan akt­yor­lar, şə­hər və ra­yon mə­də­niy­yət müəs­si­sə­lə­rin­də fəa­liy­yət gös­tə­rən xalq teatr­la­rı və dram dər­nək­lə­ri­nin üzv­lə­ri iş­ti­rak edir­lər.
   Mü­sa­bi­qə­nin se­çim və fi­nal tur­la­rı Şə­ki şə­hə­rin­də S.Vur­ğun adı­na Mə­də­niy­yət Evin­də ke­çi­ri­lə­cək. İş­ti­rak­çı­lar mü­sa­bi­qə­də qə­zəl, şe­ir, mən­sur şe­ir, poe­ma, he­ka­yə ilə bə­ra­bər M.F.A­xund­za­də poe­zi­ya­sı­nın nü­mu­nə­lə­ri­ni də səs­lən­di­rə­cək­lər. Qa­lib­lər dip­lom və pul mü­ka­fat­la­rı ilə təl­tif olu­na­caq.