Şəkidə respublika bədii qiraət müsabiqəsi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə may ayının 14-dən 16-dək Şəki şəhərində Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş «Deyilən söz yadigardır» VI Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın söz xəzinəsinin nadir incilərindən olan şeir, mənsur şeir, nəsr yaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni və gənc nəslin üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsidir.
Qeyd edək ki, seçim turunda iştirak edəcək ifaçılar artıq müəyyənləşib. Ümumilikdə müsabiqədə 18 yaşından 30 yaşınadək şəxslər, habelə dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin üzvləri iştirak edirlər.
Müsabiqənin seçim və final turları Şəki şəhərində S.Vurğun adına Mədəniyyət Evində keçiriləcək. İştirakçılar müsabiqədə qəzəl, şeir, mənsur şeir, poema, hekayə ilə bərabər M.F.Axundzadə poeziyasının nümunələrini də səsləndirəcəklər. Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaq.