Fevralın 27-də Azərbaycan Turizm və Menecment Universitetində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşəbbüsü, Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzinin (CİM) maliyyə dəstəyi ilə Dil Mərkəzinin açılışı olub.
Mərasimdə Almaniya, Misir, İtaliya, Meksika və Kolumbiyanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri iştirak ediblər. ATMU-nun rektoru, professor Cəfər Cəfərov mərkəzin təhsil ocağının həyatında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri, Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzi tərəfindən ATMU-ya ezam olunan əməkdaşlar Julius Arnegger və Karla Ramirez öz çıxışlarında diqqətə çatdırıblar ki, müasir ali təhsil sistemində dil mərkəzlərinin əhəmiyyəti çox böyükdür. Mərasimdə J.Arnegger və K.Ramirezə universitetinin rektoru tərəfindən təşəkkürnamə təqdim olunub.
Məlumat üçün bildirək ki, ATMU Dil Mərkəzinin fondunda hələlik müxtəlif dillərdə nəşr olunan 600 nüsxədən çox kitab var.

Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar