“Su çərşənbəsi”ndə donmuş sular, çaylar hərəkətə gəlir, “od çərşənbəsi” təbiətdə hərarətin yarandığını göstərir. Sonra “yel çərşənbəsi” gəlir - bu, qarşıdan gələn yeni ilin mehidir. Nəhayət, ilaxır çərşənbələrin dördüncüsü “torpaq çərşənbəsi” - şaxtalı qışdan sonra canlanan torpağın simvolu, Novruzun son müjdəsidir”.
Azərbaycana gələn turistlərin, paytaxtımızın qonaqlarının bələdçisinə çevrilmiş “Baku Guide” kataloqunun mart sayında xalqımızın tarixi minillərlə ölçülən müqəddəs Novruz bayramına xüsusi yer ayrılıb. Nəfis tərtibatda işıq üzü görən nəşrdə milli bayramımız haqqında dolğun məlumat verilir, Novruz ənənələrindən söz açılır.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun sayı da turistlər, aktiv istirahət həvəskarı olan paytaxt sakinləri üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılarla zəngindir.
Paytaxtımızın ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlığın gedişi barədə sualları “Bakı 2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq cavablandırır.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə şəhərimizin mədəni və işgüzar həyatı, mart ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının, əyləncə mərkəzlərinin afişası oxuculara təqdim olunur.
Yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın kino mərkəzlərində yayımlanan filmlər və onlar haqqında qısa məlumata yer verilib.
“Bakı bulvarında gəzinti” adlı məqalə şəhərimizin qonaqlarında dolğun təəssürat yaratmaqla yanaşı, onları möhtəşəm Dənizkənarı Milli Parkın gözəlliyini yenidən kəşf etməyə sövq edəcək. “Ginnesin rekordlar kitabı”na düşən Miniatür Kitab Muzeyindən reportaj da oxucuların marağına səbəb olacaq. “Azərbaycan mətbəxi” rubrikasını oxuyanlar milli şirniyyatımız şəkərburanın hazırlanma qaydası ilə tanış olacaqlar.
Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar və s. barədə məlumatlar yer alıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar