Bakıda fransız qastronomiyası həftəsi keçiriləcək

Martın 4-də Fransanın Azərbaycandakı səfirliyində bu ölkənin Turizmin İnkişafı Agentliyi olan «Atout France»ın təqdimatı keçirilib.
Təqdimatda səfir Paskal Mönye Turizmin İnkişafı Agentliyinin fəaliyyəti, ölkəsinin turizm imkanları, viza siyasətindəki dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, agentlik Fransanın bir çox regionlarının turizm istiqamətlərini və hotellərini Azərbaycanda tanıtdırır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sazişə əsasən, Avropaya vizaların qiyməti iki dəfə ucuzlaşaraq 35 avro təşkil edir. Bundan əlavə, «TLS contact» şirkəti vasitəsilə onlayn görüşlər həyata keçirilir.
Diplomat onu da diqqətə çatdırıb ki, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-dən 12-dək Bakıda Fransa qastronomiyası həftəsi keçiriləcək. Həftə çərçivəsində fransalı aşpazlar Azərbaycan vətəndaşlarına ləziz təamlarını təqdim edəcəklər.
Fransanın Turizmin İnkişafı Agentliyinin direktoru İnessa Korotkova bildirib ki, təmsil etdiyi qurum Fransada turizmi inkişaf etdirən dövlət agentliyidir. Agentlik artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərir: «Fransa ilə maraqlanan Azərbaycan vətəndaşlarının sayı ildən-ilə artır. İnanıram ki, bizim fəaliyyətimiz Azərbaycan ilə Fransa arasındakı turizm əlaqələrinin inkişafına töhfə verəcək».

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar