Ölkəmizin gözəl təbiətli, səfalı bölgələrindən biri də Göygöl rayonudur. Rayon təkcə ayna sulu gölləri ilə deyil, tarixi və memarlıq abidələri ilə də tanınır. Bölgədə ekoturizmin inkişafı üçün də geniş imkanlar var. Elə bu səbəbdəndir ki, Göygölə gələn turistlərin sayı ildən-ilə artır. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, Göygöl çox gözəl təbiətinə və əlverişli coğrafi mövqeyinə görə turistlərin istirahət üçün ən çox seçdikləri məkanlardan biridir. Rayona xarici ölkələrdən, o cümlədən Almaniyadan, İsveçrədən, Macarıstandan, Koreyadan, Ukraynadan çoxsaylı turistlər gəlir. 2014-cü ildə bölgəyə 26 mindən çox turist səfər edib. Rayonda 4 turizm obyekti fəaliyyət göstərir və hazırda yeniləri tikilməkdədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar