2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq «Turizm və Səyahətlər» («AİTF 2015») sərgisi keçiriləcək. AİTF sərgisi səyahət, işgüzar turizm, müalicə və eksklüziv istirahət sahəsində ən son təmayülləri nümayiş etdirən yerli və xarici mütəxəssislər üçün etibarlı platformanı təmin edir.
Sərginin təşkilatçısı «İteca Caspian» şirkətindən aldığımız məlumata görə, bu il «AİTF» sərgisi çərçivəsində təşkilatçılar yeni xidmət növünə - görüşlərin təyin olunması proqramına start verəcəklər. Beləliklə, turoperatorlar, turizm agentlikləri və hava yollarının nümayəndələri, eləcə də hotel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və tibbi klinikalar sərgi iştirakçıları ilə əvvəlcədən görüş təyin edə biləcəklər.
Görüşlərin əvvəlcədən təyin olunması proqramında iştirak sayəsində vaxta qənaət etməklə yanaşı, turizm sənayesində çalışan peşəkarlar üçün sərgidə işləri əvvəlcədən və səmərəli şəkildə planlaşdırmaq, potensial tərəfdaş və müştərilərlə görüşmək, habelə yeni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək baxımından əlavə imkanlar yaradılacaq. Görüşlərin əvvəlcədən təyin edilməsi proqramı 2-3 aprel tarixində Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
«AİTF» sərgisi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. Sərgi həmçinin Dünya Turizm Təşkilatı (DTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində «Iteca Caspian LLC» və onun Böyük britaniyalı tərəfdaşı «ITE Group Plc.» şirkətləri çıxış edirlər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar