Mədəniyyət və Turizm Nazirliyi Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar aprel ayı ərzində Bakıdakı hotellərdə monitorinqlər keçirməyi nəzərdə tutur. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, monitorinqin məqsədi mehmanxanalarda göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasını təmin etmək, turistlərə göstəriləcək xidmət işini yaxşılaşdırmaqdır.
Nazirlik rəsmisi belə monitorinqlərin Bakıda ötən ilin oktyabr ayında da keçirildiyini diqqətə çatdırıb. Avropa Oyunlarının avarçəkmə idmanı üzrə yarışların Mingəçevirdə keçiriləcəyi nəzərə alınaraq martın 3-dən etibarən bu şəhərdə fəaliyyət göstərən mehmanxanaların əməkdaşları üçün Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən təlim kursları başlayıb. Bu kursların aprel ayında Bakıdakı hotel əməkdaşları üçün də keçirilməsi nəzərdə tutulur.
Şöbə müdiri bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Azərbaycanda daxili turizmlə məşğul olan bütün turizm şirkətlərinə yeni marşrutlar, xidmət növləri yaratmağı tövsiyə edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar