Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayi ilə görüşüb. Nazir müavini iki ölkə arasında əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib, səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
Səfir öz növbəsində nazirliklə intensiv əlaqələrin yarandığını bildirərək gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu deyib. Diplomat İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifərin 2-4 aprel tarixində Bakıda keçiriləcək "AİTF" Beynəlxaq Turizm və Səyahətlər Sərgisində iştirakla bağlı ölkəmizə planlaşdırılan səfəri barədə nazir müavininə məlumat verib.
Nazir müavini ali qonağın Azərbaycana səfərinin yüksək səviyyədə təşkil ediləcəyini bildirib. Qafqaz regionunun ən böyük turizm sərgisi olan və artıq 14-cü dəfə təşkil edilən AİTF sərgisi barədə səfirə geniş məlumat verilib, builki sərgidə 30-dan çox ölkənin iştirakının nəzərdə tutulduğu vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar