Mədəniyyət və turizm naziri “Caspian Energy Forum”da çıxış edib

Martın 11-də "Four Seasons" hotelində Energetika Nazirliyinin və “Caspian European Club”un dəstəyi ilə 3-cü beynəlxalq "Caspian Energy Forum” keçirilib. Forumun akademik Ziyad Səmədzadənin moderatorluğu ilə keçirilən panelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm mövzusunda çıxış edib.
Ölkə iqtisadiyyatında turizmin çəkisinin ildən-ilə artdığını qeyd edən nazir qeyri-neft sektorunda prioritet sahələrdən olan turizm sənayesinin inkişafı üçün Azərbaycanın geniş resurslara və potensiala malik olduğunu bildirib. Bu sahə üzrə həyata keçirilən dövlət proqramları, qəbul edilən normativ-hüquqi sənədlər turizmin inkişaf perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olub.
Qeyd olunub ki, Azərbaycanda turizm sənayesinin inkişafında maraqlı tərəflərin əməkdaşlıq formalarının qurulması və Azərbaycan turizminin inkişafına dair əsas istiqamətlərin müəyyən edilməsi məqsədilə "2015-2024-cü illər üçün Azərbaycanda Turizmin İnkişaf Strategiyası" hazırlanıb. Sənəd qeyd olunan dövr ərzində ölkədə turizmin inkişafı üçün müvafiq hədəfləri müəyyən edir və həmin hədəflərə nail olmaq üçün konkret mexanizmlərin yaradılmasını və müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Hazırda Turizmin İnkişaf Strategiyası layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Tədbirdə ölkəmizdə turizmin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar