Azərbaycan “Conde Nast Traveller” yarmarkasının rəsmi tərəfdaşı seçilib

Martın 18-dən 21-dək Moskvada «MİTT- 2015» beynəlxalq turizm sərgisi keçiriləcək. Tədbirə ölkəmizin geniş tərkibli nümayəndə heyəti qatılacaq.

Heyətdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov, habelə 20 turizm şirkəti və mehmanxananın nümayəndəsi yer alacaq.
Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə nazirlik tərəfindən 78 kvadratmetrlik sahə icarəyə götürülüb. Stendimiz rus və ingilis dillərində hazırlanmış 23 adda reklam-çap məhsulları ilə təmin olunub.
Onu da qeyd edək ki, Azərbaycan martın 17-də Moskvada keçiriləcək daha bir böyük tədbirdə - “Conde Nast Traveller” (“Conde Nast Traveller Luxury Travel Fair”) adlı dəbdəbəli səyahət yarmarkasında da təmsil olunacaq. Ölkəmiz eyni zamanda yarmarkanın rəsmi tərəfdaşıdır.
Tədbir ilə bağlı ural.turprofi.ru saytında Azərbaycan haqqında geniş material dərc olunub. Materialda qeyd olunur ki, Azərbaycanın zəngin mədəni irsi, turizm infrastrukturu, Xəzər sahilinin çimərlikləri, müalicəvi Naftalan vannaları, milli mətbəxi turistləri cəlb edir. Dünyanın aparıcı səyahət nəşri olan “Conde Nast Traveller” jurnalının dəstəyi ilə təşkil edilən sərgi bir gün davam edəcək. Tədbir peşəkar təcrübə, yeni tərəfdaşlar tapmaq, işgüzar əlaqələr qurmaq və genişləndirmək üçün imkanlar açır. Sərgidə Rusiya və Şərqi Avropadan turizmin 800-dən artıq aparıcı nümayəndəsinin iştirakı gözlənilir.
Yarmarkada ilk dəfə olaraq ölkəmizin genişmiqyaslı turizm sahələri nümayiş ediləcək. Tədbirə Azərbaycanın 35 turizm şirkəti və mehmanxanası qatılacaq. Qala-gecədə milli musiqi və rəqslərimiz səsləndiriləcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar