2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbiri - IX Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi («HOREX Caucasus 2015») keçiriləcək. Sərginin təşkilatçısı «Iteca Caspian” şirkətidir.
Bu il ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi, gələn il «Formula-1» yarışları üzrə dünya çempionatı mərhələsinin, şahmat üzrə dünya çempionatının, 2017-ci ildə İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirlərin planlaşdırılması mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisinə zəmin yaradır.
Bu da «HOREX Caucasus» sərgisinin əhəmiyyətini daha da artırır. Budəfəki sərgidə yeni inşa edilmiş və gələcəkdə inşa olunacaq obyektlər üçün «Mehmanxana, restoran və kafelər» («HoReCa») sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribütorların təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları, eləcə də qida məhsulları və içkiləri seçmək mümkün olacaq.
Sərgidə Azərbaycan, İtaliya, Koreya, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətlərinin məhsulları təqdim olunacaq. Sərginin ziyarətçiləri qismində mehmanxana, ticarət və mətbəx avadanlıqları üzrə distributor və istehsalçılar, habelə rəhbər şəxslər, marketinq, eləcə də restoran, mehmanxana və spa mərkəzlərinin menecerləri dəvət olunacaqlar.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar