Martın 11-də Azərbaycan Turizm və Menecment Universitetində «Tempus» proqramının təmsilçiləri və Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempellə görüş keçirilib. Görüşdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov, universitetdə «Tempus» proqramı üzrə layihələrin əlaqələndiricisi Kazım Quliyev, Almaniyanın Vorms Universitetinin vitse-prezidenti Knut Şerhaq, Yade Tətbiqi Elmlər Universiteti beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Menn, universitetin «Tempus» layihəsi üzrə əməkdaşları Gila Altmann, İlze Peksan iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqlara universitetin beynəlxalq əlaqələri, tələbə-müəllim mübadiləsi barədə danışıb, Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığın 5 ilinin tamam olduğunu diqqətə çatdırıb. Almaniya səfiri universitetlə Bakıda fəaliyyət göstərən alman təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar