“Azərbaycanın adının dünya turizm xəritəsinə daxil olması nisbətən yaxın vaxta təsadüf edir. İqtisadiyyatın şaxələndirilməsi sahəsində turizm Azərbaycan üçün prioritet istiqamətdir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Moskvada “Conde Nast Traveller Luxury Travel Fair” dəbdəbəli səyahətlər sərgisində ölkəmizin turizm potensialının təqdimat mərasimində deyib. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşib.
Nazir bildirib ki, son illərdə Azərbaycanda turistlər üçün yerləşdirmə yerlərinin sayı ikiqat artırılıb, ölkəmizdə dünya turizminin lüks brendlərinin demək olar ki, hamısının təmsil olunduğu yeni infrastruktur yaradılıb: “Biz turizm məhsullarını şaxələndirməyə çalışırıq, yüksək səviyyəli dağ-xizək kurortları, habelə dəniz sahilində kurortlar yaradırıq. Azərbaycan tarixən bizə yaxın olan Rusiya bazarı üçün öz qapılarını açmağa hazırdır. Rusiyanın turizm agentlikləri ilə, dövlət orqanları ilə sıx əlaqə saxlayırıq”.
Turizmin emosiyalar əsasında qurulduğunu vurğulayan Ə.Qarayev deyib: “Ölkənin insanları bizə xoş təsir bağışlayanda, bizdə ölkə haqqında yaxşı təəssürat yaranır; şəhərin küçələri bizə xoş təsir bağışlayanda, bizdə şəhər haqqında yaxşı təəssürat yaranır; xalqın mətbəxi bizə xoş təsir bağışlayanda, bu xalqın tarixinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Belə komponentlər çox olanda isə emosiyalarımız aşıb-daşır”.
Nazir əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər kəs bu emosiyaları tam şəkildə hiss edəcək. O qeyd edib ki, Azərbaycan və Rusiya peşəkar turizm bazarının formalaşmasında bir-birinə kömək etməlidirlər. Birgə tədbirlər, sərgilər, kurslar, nəzəri və praktik məqamların öyrənilməsi turizm xidmətini ən yüksək səviyyəyə çatdırmağa imkan verir.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, "İTAR-TASS" agentliyinin direktoru Mixail Qusman iştirak edib. Səfir Polad Bülbüloğlu təqdimat mərasiminə toplaşanları Azərbaycana gəlməyə və ölkəmizdəki yenilikləri öz gözləri ilə görməyə dəvət edib.
“Conde Nast Traveller” jurnalının vitse-prezidenti və kommersiya direktoru Anita Qiqovskaya Azərbaycan nümayəndə heyətinin sərgidə iştirakına görə təşəkkürünü bildirib və gələcək səmərəli əməkdaşlığa ümidvar olduğunu vurğulayıb.
Təqdimat mərasimi rusiyalı məşhur müğənni Sergey Lazarevin iştirak etdiyi möhtəşəm konsert proqramı ilə başa çatıb. Qonaqlar Azərbaycan şirniyyatlarını - paxlava və şəkərburanı dadıblar.
Əbülfəs Qarayev Rusiyanın "RTG" telekanalına müsahibə verib. Müsahibədə nazir Rusiyadan Azərbaycana gələn turistlərin potensialının daha böyük olduğunu vurğulayıb və Moskvada təşkil olunan sərginin Azərbaycan üçün əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının birgə layihəsi çərçivəsində iştirak etdiyimiz bu sərgi əlaqələrin qurulması baxımından olduqca vacibdir.
Qeyd edək ki, Moskvadakı “Metropol” hotelində keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” sərgisi premial turizm sahəsində dünyada ilk ixtisaslaşdırılmış sərgidir. Sərgiyə Rusiyanın və Şərqi Avropa ölkələrinin turizm xidmətləri təqdim edən ən qabaqcıl şirkətləri qatılıb.