Azərbaycan Turizm və Menecment Universiteti Avropa Birliyinin modern ali təhsili hədəfləyən «Tempus» proqramının iştirakçısıdır. Proqramın ATMU-da keçirilən 5-ci mərhələsi «Davamlı turizmin menecmenti sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması» layihəsi çərçivəsində «Müəllimlərə təlim» adı altında təşkil olunub. Bununla bağlı martın 8-dən 16-dək Almaniyanın Vorms, Yade Tətbiqi Elmlər universitetlərinin məsul əməkdaşları ölkəmizdə olublar.
ATMU-da keçirilən dəyirmi masada təhsil ocağı ilə Yade Tətbiqi Elmlər Universiteti arasında münasibətlərin perspektivləri müzakirə edilib. Layihənin şərtlərinə uyğun olaraq Almaniyanın tərəfdaş universitetlərinin nümayəndələri ATMU-da bir sıra ixtisaslar üzrə dərs deyən müəllim və mütəxəssislər üçün Modul 1 (destinasiya menecmenti), Modul 5 (praktika üzrə yerləşdirmə), Modul 8 (mədəniyyətlərarası ünsiyyət və menecment) üzrə xüsusi təlim saatları təşkil ediblər.
İki ali təhsil ocağı əməkdaşlarının birlikdə apardıqları müsahibə nəticəsində Azərbaycan Turizm və Menecment Universitetinin 2 tələbəsi 2015/2016-cı tədris ilinin qış semestrini Yade TEU-da oxumaq şansı qazanıb. «Tempus» proqramının 5-ci mərhələsi üzrə «Davamlı turizmin menecmenti sahəsində bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması» layihəsi çərçivəsində keçirilən təlimlər ATMU və Yade TEU arasındakı səmərəli və faydalı əməkdaşlığın 5-ci ilinin uğurlu yekununa həsr olunan tədbirlə başa çatıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar