Türkiyə Hotelçilər Federasiyası «TUROFED-2015» adlı turizm hesabatı hazırlayıb. 2015-ci ilin əvvəlinin turizm göstəricilərinə həsr edilmiş hesabatda bildirilir ki, Rusiyada baş verən iqtisadi böhranın davam edəcəyi təqdirdə, bu il Türkiyəyə gələnlərin sayında 25-30 faiz azalma olacaq. Nəticədə ölkə büdcəsinə bu sahədən daxil olan vəsait təxminən 2 milyard dollar azalacaq.
Hesabatda qeyd edilir ki, 2014-cü ildə Türkiyəyə 36,8 milyon turist gəlib. Almanlar 5,2 milyon nəfərlə birinci yerdə, rusiyalı turistlər isə 4,4 milyon nəfərlə ikinci yerdə olub. Rusiyada 2014-cü ilin sentyabr ayından başlayan və hələ də təsirləri davam edən rublun devalvasiyası əhalinin səyahət imkanlarını məhdudlaşdırıb. Bundan əlavə, Rusiyada aviabiletlərin qiymətinin 15-20 faiz qalxması da bu ölkədən turist sayının azalmasına səbəb olub.
Türkiyə Hotelçilər Federasiyası turizm sahəsində baş verən itkilərin azaldılması məqsədilə bir sıra təkliflərlə çıxış edib. Qurumun mütəxəssisləri İran bazarında reklam və tanıtım işlərini gücləndirməyi, Hindistan və Çindən daha çox turist cəlb edilməsi üçün layihələr hazırlamağı, eyni zamanda Braziliya və Argentinada Türkiyə turizminin reklamını artırmağı tövsiyə edirlər.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar