Martın 28-də, Novruz tətilinin son günü «Şahdağ» Turizm Mərkəzində Azərbaycan Dağ-Xizək Federasiyasının və «Red Bull» şirkətinin dəstəyi ilə həvəskarlar arasında «Ski-cross» (xizək krosu) adlı ilk xizək yarışması keçirilib.
Mərkəzin müştərilərlə iş şöbəsinin müdiri Aygün Həsənovanın qəzetimizə verdiyi xəbərə görə, «Ski-cross» fristayla aid olan qış xizək idman növüdür. Turnirdə 30-dan artıq xizək həvəskarı iştirak edib. Yarışda maneələri aşmaq üçün sürətli enişlərlə tramplinlər hazırlanıb.
Finiş xəttinə çatan ilk üç nəfər «Shahdag Hotel and SPA» hoteli, «Sport System» və Azərbaycan Dağ-Xizək Federasiyası tərəfindən mükafatlandırılıb. Bundan əlavə, tamaşaçıların rəğbətini qazanan 8 nəfərə də hədiyyələr verilib.
Sonda yarışmanın bütün iştirakçı və tamaşaçıları üçün «Red Bull» şirkətinin dəstəyi ilə əyləncəli proqram təşkil edilib.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar