Ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun təşkilati dəstəyi, Sankt-Peterburqun turizm sahəsini işıqlandıran jurnal, qəzet və informasiya agentliklərinin 12 jurnalistinin iştirakı ilə Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimat keçirilib. Təqdimatda çıxış edən baş konsul Elşad Qulamov iştirakçılara Azərbaycanda turizm sahəsinə dövlət tərəfindən göstərilən diqqət və aparılan islahatlar barədə danışıb. Diplomat bildirib ki, Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi abidələri, əlverişli iqlimi, yaz-qış və müalicəvi turizm üçün yaradılmış təsislər, yüksək səviyyəli infrastruktur turizmin inkişafı üçün geniş imkanlar yaradır. Baş konsul ölkə iqtisadiyyatı və turizm sektoru ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Azərbaycan haqqında 13 dəqiqəlik film nümayiş etdirilib və «Odlar yurdu - Azərbaycan!» adlı təqdimat keçirilib.

Fəxriyyə Abdullayeva