23-24 aprel tarixində Koreya Respublikasının Seul şəhərində keçiriləcək Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) İpək Yolu üzrə işçi qrupunun 5-ci görüşü keçiriləcək. Görüşdə Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunacaq.
Toplantıda İpək Yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. Görüşdə İpək Yolu layihəsi ölkələri və UNESCO nümayəndələrinin, habelə Dünya Turizm Təşkilatının seçilmiş üzvləri iştirak edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar