Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə qəzetimizə məlumat verən Monteneqronun ölkəmizdəki fəxri konsulu Vüqar Əliyevin sözlərinə görə, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.
Fəxri konsul qeyd etdi ki, martın 28-də Monteneqronun Azərbaycandakı yeni səfiri Branko Miliç öz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin xüsusilə son bir neçə ildə sürətlə inkişaf edərək yaxşı nəticələr əldə olunduğunu vurğulayıb və münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Vüqar Əliyev bu yay mövsümündə də Azərbaycandan Monteneqroya çarter reyslərinin reallaşdırılacağını bildirdi. Onun sözlərinə görə, artıq 4-cü ildir ki, iki ölkə arasında reyslər həyata keçirilir. Bu il çarter reysləri iyunun 25-dən sentyabrın 3-dək davam edəcək. Bu müddət ərzində 17 uçuş nəzərdə tutulur: «Uçuşlar əvvəlcə həftədə bir dəfə, sonra həftədə iki dəfə təşkil ediləcək».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar