Azərbaycan və İspaniya hökumətləri iki ölkə arasında birbaşa aviareysin açılması barədə razılıq əldə edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, söhbət bu ilin yay mövsümündə Bakıdan Barselonaya uçuşların təşkil olunmasından gedir. Azərbaycanın turizm potensialının təbliği məqsədilə, turizm biznesinin peşəkarları üçün aprelin 14-də Bakıda «B2b Luxury & MICE Workshop» seminarı keçiriləcək. Bu tədbirdə İspaniyanın turizm bazarının iştirakçılarının böyük nümayəndə heyəti iştirak edəcək.
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Almaniyanın paytaxtı Berlinə aviareys açmağa hazırlaşır. «SW Travel» şirkətindən aldığımız xəbərə görə, Bakı-Berlin aviareysi üzrə uçuşlara mayın əvvəlindən başlanacaq. İkitərəfli biletin qiyməti təxminən 500 manatdır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar