Azərbaycan Turizm və Menecment Universitetinin 30 tələbəsi istehsalat təcrübəsi keçmək üçün İsrailə gedəcək. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev bildirib ki, layihə universitetin İsrailin «Isrotel» hotellər şəbəkəsi ilə birgə həyata keçirdiyi proqram əsasında reallaşır.
Universitetin rektoru Cəfər Cəfərov proqramın artıq 8 ildir həyata keçirildiyini deyib: «Ötən 7 ildə 93 tələbə istehsalat təcrübəsi üçün İsrailə göndərilib. 10 gündən sonra daha 30 tələbə gedəcək».
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz qeyd edib ki, bu cür layihələr iki ölkə arasında əlaqələrin güclü olduğunu göstərir: «Bizim əlaqələrimiz inkişaf edir. Bu kimi proqramlarla əldə edilən insan kapitalı Azərbaycanı daha da gücləndirəcək».

Fəxriyyə








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar