I Avropa Oyunları ilə əlaqədar təşkil olunan treninqlərə 106 nəfər cəlb edilib

Aprelin 6-da Bakı Turizm Peşə Məktəbində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində paytaxtda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təlim-tədris kursları başladı.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov bildirdi ki, iki ölkənin nazirlikləri 10 ilə yaxındır ki, respublikanın mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün bu tipli kurslar təşkil edir. Ölkənin müxtəlif regionlarında reallaşdırılan treninqlər mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə dəstək məqsədi daşıyır.
Budəfəki kurslar eyni zamanda ölkəmizin iyun ayında ev sahibliyi edəcəyi I Avropa Oyunları ilə əlaqədar keçirilir. Kurslara Bakıdakı mehmanxana və mehmanxana tipli obyektlərin 106 nəfər əməkdaşı cəlb edilib. Treninqlərdə 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan bildirdi ki, I Avropa Oyunları bu ilin ən böyük beynəlxalq tədbirlərindən biridir və Azərbaycan bu məsuliyyətli işin öhdəsindən gələcək: «Bu günə qədər Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirlikləri turizm sahəsində bir çox layihələr həyata keçiriblər. Bu sırada ən uzunmüddətlisi və yüksək nəticələr əldə olunan layihə mehmanxana əməkdaşları üçün təşkil edilən kurslardır. 2015-ci ilin əvvəlindən artıq ikinci treninq təşkil edilir. Martın 3-dən 10-dək Mingəçevirdə keçirilən kurslara Mingəçevir, Gəncə, Naftalan şəhərlərinin mehmanxana və mehmanxana tipli obyektlərinin 100 nəfər əməkdaşı cəlb edilib. İnanıram ki, bu kurslar da müvəffəqiyyətlə başa çatacaq».
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov iki ölkənin müvafiq nazirlikləri arasındakı əməkdaşlığı, bu çərçivədə hər il təşkil olunan kursları yüksək dəyərləndirirdi və kurs iştirakçılarına uğurlar arzuladı. Qeyd edək ki, kurslar aprelin 13-dək davam edəcək. Sonda dinləyicilərə sertifikatlar təqdim ediləcək.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar