Mədəniyyət və Turizm Nazirliyində turizm statistikası üzrə işçi qrupunun ilk iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bankın nümayəndələri iştirak ediblər.
Görüşdə turizmin ümumi daxili məhsulda çəkisi, xarici turistlərin ölkəmizdəki xərclərinin ölkə iqtisadiyyatında rolu, turizm sahəsinə qoyulan yerli və xarici investisiyalar və bir sıra digər mühüm məsələlər müzakirə edilib. Sözügedən sahə üzrə ən əsas göstəricilərin əldə edilməsi metodlarının təkmilləşdirilməsinə dair müxtəlif təklif və ideyalar səsləndirilib.
Qeyd edək ki, turizm statistikası üzrə işçi qrupu ölkəmizdə bu işin daha dəqiq aparılması, problemlərin aidiyyəti qurumlarla birgə müzakirə əsasında həll edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Bu tip görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar