Ölkəmizin önəmli turizm mərkəzlərindən biri olan Şəkiyə əcnəbi qonaqlar hər zaman böyük maraq göstərirlər. Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayı, «Yuxarı Karvansaray» kompleksi, Kiş kəndindəki qədim alban məbədi və digər yerlər turistlər üçün cəlbedici məkanlardır. Rayona gələn turistlərin sayı ildən-ilə artır.
Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovanın sözlərinə görə, ötən il bu rəqəm 50 mindən yuxarı olub. Bunun 20 faizini xarici ölkələrdən gələn turistlər təşkil edir. Rayonda 14 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Şöbə müdiri deyir ki, Şəki rayonu da iyunda ölkəmizdə keçiriləcək Avropa Oyunlarına ciddi hazırlaşır. Onun sözlərinə görə, bu dövrdə yerli sənətkarlar, mehmanxana və hotel əməkdaşları, əlaqədar xidmət təşkilatlarının işçiləri öz fəaliyyətləri ilə fərqlənəcəklər: «İstəyirik ki, Şəkiyə daha çox turist gəlsin və bununla da Azərbaycanda turizm sahəsinin inkişafına öz töhfəmizi vermiş olaq».

F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar