Bakıda «Jumeirah Group»a daxil olan hotellərin təqdimatı keçirilib

Aprelin 7-də «Jumeirah Bilgah Beach Hotel»də «Jumeirah Group»a daxil olan hotellərin təqdimatı keçirilib. Bu münasibətlə «Madinat Jumeirah», «Jumeirah Beach Hotel», «Jumeirah Zabeel Saray» (Dubay), «Jumeirah Frankfurt» (Almaniya), «Jumeirah Carlton Tower», «Jumeirah Lowndes Hotel» (Böyük Britaniya), «Jumeirah Pera Palace», «Jumeirah Bodrum Palace» (Türkiyə) və «Jumeirah Grand Hotel Via Veneto» (İtaliya) hotellərinin nümayəndələri Bakıya gəlib.
Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıyan tədbirdə qonaqlar ölkəmizdə fəaliyyət göstərən 70-ə yaxın aparıcı turizm şirkətinin təmsilçisinə öz hotelləri barədə məlumat veriblər. Bildirilib ki, «Jumeirah Hotels & Resorts» xaricə səfər edən azərbaycanlı turistlər arasında çox populyardır və bu səbəbdən də Azərbaycanın turizm şirkətləri ilə yaxından əməkdaşlıq edirlər.
«Madinat Jumeirah» hotelinin satış üzrə direktor müavini Anjela Kuznesova deyib ki, Azərbaycanın turizm bazarı geniş imkanları ilə maraq kəsb edir: “Biz azərbaycanlı tərəfdaşlarımızla 15 ilə yaxındır əməkdaşlıq edirik».
Direktor müavini bildirib ki, Dubaydakı «Madinat Jumeirah» hoteli «Evindən uzaqda yerləşən evinə xoş gəlmisən» şüarı ilə fəaliyyət göstərir: “Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən gələn turistlər yenidən qonağımız olurlar. Bu isə bizim üçün hər şey deməkdir».
Qonaq Bakı haqqında da təəssüratlarını bölüşüb. Qeyd edib ki, Azərbaycanın paytaxtına artıq ikinci dəfədir səfər edir. Onun sözlərinə görə, azərbaycanlıların Dubaya marağı azalmır və bu səbəbdən də ölkənin turizm şirkətləri ilə əlaqələri ildən-ilə daha da genişlənir.
«Jumeirah Group»un London hotellərinin təmsilçisi Olqa Şatreviç də Bakıya iki dəfə səfər etdiyini və hər dəfə məmnun qaldığını vurğulayıb. Onun sözlərinə görə, belə təqdimatlar gələcəkdə əlaqələrin möhkəmlənməsində öz rolunu oynayacaq: «Hələ Bakıya səfərə gəlməzdən əvvəl həmkarlarım və dostlarım mənə demişdilər ki, bizim hotellər Azərbaycan bazarında çox populyardır. Bu tədbirdən sonra mən buna tamamilə əmin oldum».
Tədbir çərçivəsində müxtəlif uduşlu oyunlar keçirilib. Qaliblər «Jumeirah Group»a daxil olan hotellərdən birində istirahət etmək imkanı qazanıblar.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar