Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu bu il üçün nəzərdə tutulan növbəti təlimini keçirib. Büronun üzvlüyündə olan, məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər (DMC) üçün nəzərdə tutulan təlim aprelin 7-də təşkil edilib.
Xarici ekspertlər Ivo Franşitz və Henrik van Arnoldun iştirakı ilə təşkil olunan "DMC-lərin peşəkarlığı" təlimi 30-dan çox mütəxəssisi bir araya gətirib. Bu sahə üzrə beynəlxalq təcrübə nəzərdən keçirilib, eləcə də praktik çalışmalara yer verilib.
Artıq ikinci ildir fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizə irimiqyaslı beynəlxalq tədbirləri cəlb etməklə məşğuldur.
Bu məqsədlə qurum dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, görüşlər sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Fəxriyyə  







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar