Bu ilin iyun ayında keçiriləcək Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara Mingəçevir Turizm Kollecinin tələbələri və məzunları bələdçi və tərcüməçi kimi xidmət edəcək. Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubovun sözlərinə görə, Avropa Oyunlarında avarçəkmə idmanı üzrə yarışlar bu şəhərdə təşkil olunduğundan rəhbərlik etdiyi turizm təhsili müəssisəsi də tədbirə öz töhfəsini verməyi planlaşdırır.
Kollecin fəaliyyətindən söz açan Əyyub Əyyubov qeyd etdi ki, tədris ocağı yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının hazırlanmasına, tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəldib. Hazırda bizim təhsil müəssisəsində 12 ixtisas üzrə mütəxəssis hazırlanır”.
Kollecin beynəlxalq əlaqələrindən də danışan Əyyub Əyyubov bugünlərdə iştirakçısı olduqları «AİTF-2015» sərgisinin müxtəlif ölkələrdən turizm mütəxəssisləri ilə fikir mübadiləsi baxımdan əhəmiyyətini qeyd etdi: “Artıq üç ildir ki, bu sərgidə iştirak edirik. Sərgi bu il daha geniş coğrafiyanı əhatə edir. Bu, həm regionların, həm də xarici ölkələrin sərgiyə artan marağının göstəricisidir. Belə sərgilər Azərbaycanın turizm imkanlarını beynəlxalq aləmdə tanıtmağa yaxşı imkan yaradır”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar