Aprelin 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Türk Hava Yollarının birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrup ölkəmizə səfərə gəlib. Ayın 18-dək davam edəcək səfər çərçivəsində qonaqlar paytaxtın tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar. Aprelin 16-da yerli turizm şirkətlərinin iştirakı ilə "Baku Qafqaz City" mehmanxanasında iki ölkənin turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlər və görüşlər keçirilib. Tədbir barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.