23-24 aprel tarixində İsveçrənin Lüsern şəhərində 4-cü Lüsern Dünya Turizm Forumu keçiriləcək. Forumda Mədəniyyət və Turizm Nazirliyi tərəfdaş qismində iştirak edəcək.
Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikasıdır. Forumda ölkəmizin qonaq qismində iştirakı onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi nəzərdə tutulub. Tədbirdə 60 ölkədən turizm sahəsində fəaliyyət göstərən 400-dən çox rəhbər şəxs, mütəxəssis və əməkdaşların iştirakı planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar