22-24 aprel tarixində Qazaxıstanın Almatı şəhərində keçiriləcək “KİTF 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Sərgiyə həmçinin 5 turizm şirkəti (“Millennium Tourism”, “Improtex travel”, “The Tour”, “Bestar”, “Granitas”) və 2 mehmanxana (“Chinar Hotel and Spa Naftalan”, “Duzdag Hotel”) qatılacaq. Sərgidə 42 kvadratmetr sahədə Azərbaycanın stendi qurulub və qonaqlara təqdim edilməsi üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.