Rumıniyanın "TVR" milli televiziya şirkətinin "Cap Compas" proqramının nümayəndə heyəti mayın 7-dən Azərbaycanda səfərdədir. Mayın 14-dək davam edəcək səfər zamanı ölkəmizə həsr olunan 4 müxtəlif verilişin hazırlanması nəzərdə tutulub. Səfər proqramına Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Naftalan şəhəri daxildir. Rumıniyalı telejurnalistlərin çəkilişləri “İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu, Qobustan Milli Tarixi-Bədii Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Nizami məqbərəsi və s. məkanları əhatə edir.
Eyni zamanda “TVR" milli televiziyasının nümayəndələri tərəfindən Bakı şəhərində I Avropa Oyunlarının hazırlığı və oyunların keçiriləcəyi məkanlarda bir sıra çəkilişlər keçirilib.
Qeyd edək ki, "TVR" kanalında Azərbaycan haqqında hazırlanan verilişlərin iyun ayından etibarən yayımlanması nəzərdə tutulub.
Fəxriyyə Abdullayeva