Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, hər il tədris ocağının 10-a yaxın tələbəsi mərkəzdə istehsalat təcrübələri keçir. Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisləri tərəfindən tələbələrin istehsalat təcrübəsi keçməsi üçün lazımi köməkliklər göstərilir.