Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin vahid turizm paketinin yaradılması müzakirə olunur. Bu barədə danışan qurumun baş katibi Ramil Həsənov qeyd edib ki, ideya türkdilli ölkələrin rəhbərləri tərəfindən də dəstəklənir. Yaxın vaxtlarda «Müasir İpək Yolu» adlı turizm marşrutunun yaradılması işinə başlanılacaq: «TDƏŞ tərəfindən artıq bu marşrutun təşviqi istiqamətində bəzi işlər görülür. Bu məqsədlə hazırda türk dünyasında çox böyük xidmətləri olan Türkiyənin «TRT Avaz» kanalı və bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi videoçarx hazırlayır.
Bundan başqa, bu layihəni təşviq edən bröşürlər hazırlanır və müxtəlif dillərə tərcümə olunacaq. Baş katib ümidvar olduğunu bildirib ki, gələn il bu turpaket reallaşmağa başlanacaq.

Fəxriyyə