Dünyada aviaşirkətlərin xidmət səviyyəsini qiymətləndirən "Skytrax" şirkəti "Azərbaycan Hava Yolları"nı (AZAL) "4 Ulduz" reytinqinə layiq görüb. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, aviaşirkət bu statusa “Skytrax”ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb. "Skytrax"ın aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.
“Skytrax”ın cari reytinqinə görə, ümumilikdə dünyada “4 Ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında “Emirates”, “Air France”, “Lufthansa”, “Turkish Airlines”, “KLM”, “British Airways”, “Japan Airlines” və digər tanınmış qlobal daşıyıcılar var.

Fəxriyyə Abdullayeva