Azərbaycan Konqreslər Bürosu Görüşlər Sənayesi üzrə yeni videonu təqdim edib. Büro videonu "Cinex Azerbaijan Film & Digital production" şirkəti ilə birgə hazırlayıb.
Videoda Bakıda və Qəbələdə yerləşən görüş məkanları, aparıcı mehmanxanaların həm iş adamları, həm adi qonaqlar üçün yaratdığı gözəl şərait və imkanlar, həmçinin ölkəmizin füsunkar təbiəti təqdim olunur. Büronun üzvü olan müasir və ən qabaqcıl hotel brendləri, paytaxtın müasir memarlıq nümunələri, eləcə də Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun dünya irs siyahısına daxil edilmiş İçərişəhər izləyənlərin nəzərinə çatdırılır.
Büro videonu ilk olaraq “IMEX-2015” beynəlxalq turizm sərgisində təqdim edib. Tədbir iştirakçıları videonu maraqla izləyiblər.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin inkişafı, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan olaraq təbliğ və təqdim etmək kimi biznes əhəmiyyətli işlərin həyata keçirilməsi məqsədilə yaradılıb.
Videoçarxı izləmək üçün keçid: www.azcb.com/media/meeting-destination-azerbaijan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar