«Şahdağ» Turizm Mərkəzi Ramazan bayramı münasibətilə kampaniya elan edib. Mərkəzin müştərilərlə iş departamentinin müdiri Aygün Həsənovanın qəzetimizə verdiyi məlumata görə, iyulun 18-də və 19-da «Şahdağ Hotel & Spa»da ikinəfərlik otaqda 1 nəfərin qalması 85 manatdır. Bu qiymətə deluxe otaqda gecələmə, kanat yolundan günboyu limitsiz istifadə, 30 dəqiqə dağ velosipedi sürmək və ya birsaatlıq Skandinav yerişi, hoteldəki spa xidmətlərindən, hamam, sauna, hovuz, idman zalından limitsiz istifadə, səhər yeməyi və bayram süfrəsi və musiqili əyləncə proqramı daxildir.
Şöbə müdiri onu da bildirdi ki, Ramazan ayı boyunca «Şahdağ»da daha bir kampaniya davam edib. 90 manatlıq paket alan müştərilər mərkəzdə bir çox xidmətlərdən pulsuz istifadə edə biliblər.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar