Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) turizm potensialı ilə bağlı sərgi keçiriləcək. BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sentyabrın 11-də baş tutacaq sərginin məqsədi ölkənin qlobal turist məkanı kimi tanınması və ən maraqlı məkanlarının nümayiş etdirilməsidir. Qeyd edək ki, Bakıdakı sərgi Birləşmiş Ərəb Əmirliklərinin MDB məkanında təşviqi ilə bağlı 7-11 sentyabr tarixlərində keçiriləcək tədbirlər çərçivəsində təşkil olunacaq.