Proqram görüş sənayesi təşkilatçıları üçün məlumatları asanlıqla əldə etməyə imkan verir

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu görüş sənayesi təşkilatçıları üçün nəzərdə tutulan yeni mobil proqram təminatını təqdim edib.
Mobil proqram təminatı Büronun yardımçı üzvlərindən (Affiliate Member) olan “EventPlatform” tərəfindən hazırlanıb.
“Event Platform” korporativ tədbirlər üçün maraqlı və effektiv texnologiyalar hazırlayır. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları 40-dək ölkədə 600-dən çox tədbirdə istifadə olunub.
Yeni mobil proqram istifadəçilərə ölkəmizin turizm sahəsi, xüsusən də görüş məkanları, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və onların xidmətləri haqqında məlumatları asanlıqla əldə etməyə imkan verir. Proqram “Azərbaycan haqqında”, “Görüşlər sənayesi təchizatçıları”, “Bağlılıq”, “AzCB dəstək xidməti”, “İstinadlar” və “Bizimlə əlaqə” olmaqla, 6 kateqoriyada məlumat təqdim edir.
Yüksək standartlara cavab verən və tam rahat istifadəyə imkan yaradan bu mobil proqram həmçinin ölkəmizin müxtəlif guşələrindən olan fotolar da təqdim edir ki, burada məqsəd mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın bu sahədəki böyük potensialını nümayiş etdirməkdir.
Mobil proqramın yüksək funksionallığını təmin edən xüsusiyyətlərdən biri də “Bizimlə əlaqə” interaktiv funksiyasıdır. Bu funksiya sayəsində Büroya real vaxt rejimində təklif üçün sorğuların göndərilməsi mümkündür.
Mobil proqram sistemi iOS və ya Android tərəfindən dəstəklənən cihazlara yüklənilə bilər. Proqramı yükləmək üçün "App Store" və "Google Play"də "Azerbaijan Meeting Planners" axtarışını vermək lazımdır.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar